“Yuventus”dan 70 milyonluq qənaət
“Yuventus”un yay transfer pəncərəsi üçün planları bəlli olub. İtaliya klubu müqaviləsi başa çatan 5 futbolçusu ilə vidalaşacaq.
Xərcləri azaltmağa qərar verən Turin təmsilçisinin Çempionlar Liqasına düşmək şansları minimuma bərabərdir. Bu üzdən də Adrien Rabio, Aleks Sandro, Xuan Kuadrado, Leandro Paredes və Anxel di Mariya ilə anlaşmalar uzadılmayacaq.
“Yuventus” bununla da təkcə maaşlarda 70 milyon avro qənaət edəcək.