“Yuventus”da yeni müqavilə

“Yuventus”da yeni müqavilə

“Yuventus”un amerikalı yarımmüdafiəçisi Ueston Makkenni tezliklə klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Bu barədə insayder Nikolo Şira məlumat yayıb. 

Tərəflər əvvəlki idman direktoru – Kristiano Qiuntoli dövründə razılığa yaxın idilər, lakin klub sonradan danışıqları dayandırmışdı. 

Mənbənin sözlərinə görə, yeni baş direktor Damien Komolli sövdələşməni başa çatdırmağa hazırdır.

26 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanacaq. Onun maaşı ildə təxminən 3,3 milyon avro olacaq.

ETOPAZ

Əvvəlki yazı

Kevin De Bruyne “Napoli”də

Növbəti yazı

Fatiyə gələn təklif qəbul olunmadı