“Yuventus”da yeni müqavilə
“Yuventus” hücumçusu Arkadiuş Miliklə bağlı qərarını verib. Tərəflər yeni müqavilə imzalayıb.
Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçunun 2026-cı ildə bitəcək müqaviləsi daha bir il artırılıb.
Xatırladaq ki, 32 yaşlı forvard “qoca sinyora”ya 2023-cü ildə “Marsel”dən 7,3 milyon avroya transfer olunmuşdu.