“Yuventus”da yeni müqavilə
“Yuventus” Ueston Makkeni ilə bağlı qərarını verib. Klub onunla müqavləni yeniləyib.
Bunu turinlilərin mətbuat xidməti açıqlayıb. Tərəflər arasında yeni razılaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun əvvəlki müqaviləsi gələn il iyunun sonunda bitəcəkdi.
Qeyd edək ki, amerikalı yarımmüdafiəçi ötən mövsümdə “Yuventus”un heyətində 34 oyunda 10 ötürmə ilə yadda qalıb.