Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
“Yuventus”da kütləvi ayrılıq
“Yuventus”da kütləvi ayrılıq baş verəcək. Klub 8 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
“Qoca Sinyora” Federiko Kyeza, Voytsex Şçesnı, Ueston Makkenni, Mattia De Şilo, Artur Melo, Filip Kostiç, Hans Nikolussi-Kavilya və Daniel Ruqani ilə vidalaşacaq. Turin klubunun yeni baş məşqçisi Tyaqo Motta bu futbolçuların planlarına daxil olmadığını bildirib.