“Yuventus”da ayrılıq
“Yuventus”da ayrılıq yaşanacaq. Komandanın baş məşqçisi Massimiliano Alleqri klubu tərk edəcək.
Turinlilər tezliklə yeni çalışdırıcı axtarışına başlayacaq. 55 yaşlı mütəxəssisin “Yuventus”la müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Lakin tərəflər sözləşməyə vaxtından əvvəl xitam verəcək.