“Yuventus”a yenidən cinayət işi açıldı
Torino şəhər prokurorluğu yerli futbol klubları və funksionerləri ilə bağlı yenidən cinayət işi açıb. Prokurorluq maliyyə fırıldaqlarında şübhəli bilinənləri növbəti dəfə nəzarətə götürüb.
Artıq bununla bağlı məlumatlandırılan İtaliya Futbol Federasiyası “Yuventus” da daxil olmaqla 9 klub və 52 futbol funksioneri barədə araşdırmaların başlandığını açıqlayıb.
Turin klubu da yenidən açılan cinayət işi ilə bağlı prokurorluqdan məktub aldıqlarını təsdiqləyib. Gələn ilin yanvarında başlayacaq məhkəmənin yekununda cəzaların veriləcəyi istisna olunmur.
Digər klublar isə “Empoli”, “Genoa”, “Novara”, “Parma”, “Peskara”, “Pisa”, “Provelselli” və “Sampdoriya”dı.