“Yuventus” yenidən təhlükədə
“Yuventus” yenidən təhlükə ilə üzləşib. Klubun hesabından 12 xal silinə bilər.
Maliyyə pozuntularına görə, Turin klubu sanksiyalarla üz-üzə qalıb. Sabah prokurorluğun yekun qərar verməsi gözlənilir. Komandanın hesabından 9-12 xal silinmə ehtimalı var. Cəza qüvvəyə minərsə “Qoca Sinyora” 2-ci pillədən 7-ci yerə geriləyəcək.