“Yuventus” üçün antirekord
İtaliya A Seriyasının XIV turunda”Yuventus” “Leççe” ilə qarşılaşıb. “Qoca sinyora” oyunun son dəqiqələrində (1:1) qələbəni əldən verib.
Tiaqo Mottanın yetirmələri 68-ci dəqiqədə Andrea Kambiasonun qolu ilə önə keçib. Meydan sahibləri 93-cü dəqiqədə Ante Rebiçin qolu ilə hesabı bərabərləşdirib. Bununla da, “Yuventus” bir il ərzində ilk dəfə 18 heç-heçə edib.