“Yuventus” Qattini saxlayır
“Yuventus” futbolçusu Federiko Qatti ilə müqaviləni uzadacaq. İtaliya klubu müdafiəçini heyətində saxlayacaq.
Tərəflər danışıqları yekunlaşdırmağa yaxındır. 25 yaşlı italiyalının yeni anlaşması 2028-ci ilədək nəzərdə tutulacaq. O, ötən ilin yanvarında Turin klubuna keçib.
Qeyd edək ki, Qatti cari mövsümdə A seriyasında 6 oyunda bir qol vurub.