“Yuventus” qapıçısı ilə yeni müqavilə imzalayacaq
“Yuventus” qapıçısı Mattya Perini heyətində saxlamaq istəyir. İtaliya klubu onunla əməkdaşlığa davam etmək niyyətindədir.
Turinlilər qolkiperlə yeni müqavilə ilə bağlı danışıqlar aparır. Yeni sözləşmə 2025-ci ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Perin 2018-ci ildən “Yuventus”un futbolçusudur.