“Yuventus” Poqbaya əvəzləyici tapdı

“Yuventus” Poqbaya əvəzləyici tapdı

“Arsenal”ın futbolçusu Tomas Parti karyerasını İtaliyada davam etdirə bilər. Yarımmüdafiəçi “Yuventus”un maraq dairəsindədir.

Turin təmsilçisi 30 yaşlı qanalını Pol Poqbanın əvəzinə heyətinə qatmağı planlaşdırır. Fransalı ilə müqaviləyə xitam veriləcəyi gözlənilir. Buna səbəb Polun antidopinq qaydalarını pozmasıdır.

Ötən mövsüm Parti 40 matç keçirib. O, 3 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Qarşısıalınmaz Sobolenko

Növbəti yazı

NBA çempionu Almaniyada