“Yuventus” Paredes transferində israrlıdır
“Yuventus” PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi heyətinə qatmaq istəyir. Klub transfer cəhdlərini davam etdirir.
Parislilər argentinalı üçün ən azı 25 milyon avro istəyir. Paredes özü də “Yuventus”a getmək istəyir. Çünki Argentina millisindəki dostu və komanda yoldaşı Anxel Di Maria oradadır.