“Yuventus” Paradesin hüquqlarını almaq istəmir
“Yuventus” icarə əsasında komandada çıxış edən “PSJ”nin futbolçusu Leandro Paredeslə bağlı qərarını verib. Turinlilər onun transfer hüquqlarını almayacaq.
Müqavilədə yer alan həmin bənd iki halda öhdəliyə çevrilə bilər: “Yuventus” Çempionlar Liqasının 1/4 finalına yüksələrsə, ya da Paredes müəyyən fərdi göstəricilərə çata bilərsə. Tam hüquqlu transferin məbləği 22 milyon avrodur, lakin “qoca sinyora” yüksək maaşı səbəbindən oyunçunu komandada saxlamaq istəmir.