“Yuventus” “Mançester Yunayted”in hücumçusunu istəyir
“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər. Onun xidmətində “Yuventus” maraqlıdır.
Turin klubu 21 yaşlı ingiltərəlinin “Mançester Yunayted”dəki gələcəyinin qeyri-müəyyənliyindən istifadə etmək istəyir. İtaliyalılar yayda onu icarəyə götürməyi planlaşdırır.