“Yuventus” Kostiç transferini bitirir
“Yuventus” “Ayntraxt”ın yarımmüdafiəçisi Filip Kostiçi transfer etmək niyyətindədir. “Qoca sinyora” keçidi bu həftə tamamlamağa hazırlaşır.
Turin klubu artıq 28 yaşlı serbiyalı ilə şəxsi müqavilənin şərtlərini tam razılaşdırıb. “Yuventus” hazırda Frankfurt “Ayntraxt”ı ilə danışıqlar aparır. Tərəflər razılığa yaxındırlar və transferin məbləği barədə anlaşmaya gəliblər. Lakin “Ayntraxt” futbolçu üçün “Yuve”nin təklif etdiyindən 4 milyon avro daha çox istəyir.