“Yuventus” Konteni istəyir
“Yuventus”un vitse-prezidenti Pavel Nedved baş məşqçi postunda dəyişiklik ola biləcəyini söyləyib. O, italiyalı mütəxəssis Antonio Konteni hazırkı çalışdırıcısı Massimiliano Alleqri ilə əvəz edə biləcəklərini bildirib.
“Qoca sinyora”nın hazırkı baş məşqçisinin müqaviləsi 2025-ci ilə qədər qüvvədədir. Lakin Nedved 2014-2019-cu illərdə Turin klubunda çalışmış Konteni yenidən bu posta qaytarmaqda maraqlıdır.