“Yuventus” Kessyeni istəyir
“Barselona”nın yarımmüdafiəçisi Frank Kesye komandanı tərk edə bilər. O, “Yuventus”un hədəfindədir.
Yaxın günlərdə İtaliya klubu futbolçu üçün təklif göndərəcək. Fil Dişi Sahilindən olan Frank “Barselona”da qalmaq və ya karyerasını Premyer Liqada davam etdirmək istədiyindən bu keçidin mümkünsüz olduğu bildirilir.