“Yuventus” De Liqti satmaq istəmir

“Yuventus” De Liqti satmaq istəmir

“Yuventus” Mattiys de Liqtlə bağlı qərarını verib. Klub onu satmaq fikrindən uzaqdır.

İtaliya təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisinə yeni müqavilə təklif edib. Niderland millisinin üzvü bir müddətdir “Bavariya”nın maraq dairəsindədir. Ancaq turinlilər onunla 2025-ci ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə imzalamağa hazırdır. “Yuve” hətta bunun üçün oyunçunun müqaviləsindəki sərbəst qalma məbləğini 90 milyon avroya endirməyə də razıdır.

ETOPAZ

Əvvəlki yazı

Jota zədələndi

Növbəti yazı

Levandovski klubu ilə vidalaşdı