Yuventus cərimələnə bilər

Yuventus cərimələnə bilər

Ronaldoya 20 milyon avro məxfi ödəniş etdiyi üçün “Yuventus” 20-60 milyon avro cərimələnə bilər. İtaliya klubu fırıldaqçılıq etdiyinə görə cəzalanmaq təhlükəsi ilə üzləşib.

Portuqaliyalı hücumçu və “Yuventus” əməkdaşlığın bitməsinə baxmayaraq, 19,9 milyon avroluq ödəniş üçün özəl razılığa gəlib. İstintaq zamanı Turin prokurorluğu müəyyən edib ki, “Yuventus” Ronaldo ilə bu məbləği ödəmək üçün şəxsi razılıq əldə edib və rəsmi olaraq bütün futbolçuların koronavirus pandemiyası səbəbindən maaşlarının kəsilməsini bildirib.

19,9 milyon avroluq ödəniş “Yuventus”un maliyyə hesabatına daxil edilməyib. Bu qayda pozuntusuna görə İtaliya klubu 20 milyon avrodan 60 milyon avroya qədər cərimələnə bilər.

ETOPAZ

Əvvəlki yazı

UEFA-dan kompensasiya

Növbəti yazı

Depay planı