“Yuventus” 58 il sonra
“Yuventus” A seriyasının XXVIII turunda “Atalanta” ilə qarşılaşıb. Turin təmsilçisi öz meydanında 0:4 hesabı ilə məğlub olub.
Bu, “ağ-qaralar”ın son 58 ildə A seriyasındakı ən ağır ev məğlubiyyəti olub. “Yuventus” sonuncu dəfə 1967-ci ildə öz meydanında 4 top fərqi ilə uduzub. Həmin vaxt “Torino” Turin derbisində 4 cavabsız qol vurub.
Qeyd edək ki, “Yuventus”un A seriyasındakı son belə ağır məğlubiyyəti 2023-cü il yanvarın 13-nə təsadüf edib. “Napoli”nin qonağı olan Turin klubu 1:5 hesabı ilə uduzub.