“Yuventus” 46 ildən sonra bunu bacardı
“Yuventus” A seriyasında “İnter”ə 1:0 hesabı ilə qalib gəlib. Turin klubu 1-ci dövrədə də rəqibini quru hesabla məğlub etmişdi – 2:0.
“Ağ-qaralar”ın “neradzurra”nı mövsümdə iki dəfə udması və qol da buraxmaması son 46 ildə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 1976/77 mövsümündən sonrakı müddətdə ilk yaşanıb.