“Yuventus” 30 ildən sonra 5 qol buraxdı

“Yuventus” 30 ildən sonra 5 qol buraxdı

İtaliya A seriyasında 18-ci tura start verilib. “Napoli” turun mərkəzi oyununda “Yuventus”la qarşılaşıb.

Neapol təmsilçisi bu görüşdə 5:1 hesablı qələbə qazanıb. Turin klubu A seriyasında 1993-cü ildən sonra ilk dəfə 5 qol buraxıb.

“Yuventus” sonuncu dəfə bu durumda 1993-cü il mayın 30-da üzləşib. Həmin gün “Byankoneri”ni “Peskara” darmadağın edib – 5:1.

Maraqlıdır ki, 30 il əvvəlki matçda “Peskara”nın ilk qolunu “Yuventus”un indiki baş məşqçisi Massimiliano Alleqri vurub.

Qeyd edək ki, “Napoli” A seriyası tarixində ikinci dəfə Turin təmsilçisinə 5 qol vurub. 1988-ci il noyabrın 20-də neapollular 5:3 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Depay “Nyukasl” yolunda

Növbəti yazı

“Nottingem Forest”dən yeni transfer