İtaliya kubokunda ikinci finalçı bəlli olub. “Yuventus” tarixində 21-ci dəfə həlledici qarşılaşmaya yüksəlib.
Turin təmsilçisi səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “Fiorentina”nı yarımfinalın cavab oyununda da üstələyib – 2:0. Bununla da “Yuventus” mayın 11-dəki finalda “İnter”ə rəqib olub.
“Ağ-qaralar” İtaliya kubokunda finala ən çox yüksələn komandadır. Onlar 14 dəfə mükafata sahib çıxıb.
Qeyd edək ki, final sayında ikinci olan “Roma”nın 17 uğuru var.