“Yuta” 17 xallıq üstünlüyü əldən verdi
NBA-nın növbəti oyun günündə “Yuta” “Finiks”lə qarşılaşıb. Dördüncü hissədə 17 xallıq üstünlüyü əldən verən yutalılar 105:111 hesabı ilə uduzub.
7 dəqiqə ərzində xal qazana bilməyən komandanın 9 atışı qeyri-dəqiq olub. Son hissədə “Sanz” 36:13 hesabı ilə üstünlük qazanıb. “Yuta” mövsümdə 16-cı dəfə 10 və ya daha çox xal fərqini əldən verib.