“Yunayted”in Maktominey planı
“Mançester Yunayted” heyətini gücləndirmək niyyətindədir. Klub “Napoli”də çıxış edən yetirməsi Skott Maktomineyi geri qaytarmağı planlaşdırır.
Neapollular hələlik 28 yaşlı futbolçunun rəsmi transfer dəyərini müəyyənləşdirməyiblər. Lakin onu transfer etmək istəyən klublar ən azı 50 milyon avro ödəməli olacaqlar.












