Yunanıstanda qolsuz heç-heçə
UEFA Avropa Liqasında Liqa mərhələsi start götürüb. Turnir “Midtyulland” – “Şturm Qrats” və PAOK – “Makkabi Tel-Əviv” qarşılaşmaları ilə başlayıb.
Danimarkada keçirilən oyunda “Midtyulland” 2:0 hesabı ilə qalib gəlib.
7-ci dəqiqədə Kristiensen öz qapısına qol vurmaqla danimarkakıları irəli çıxarıb. 89-cu dəqiqədə isə Diao oyunda son nöqtəni qoyub.
Yunanıstanda keçirilən qarşılaşmada isə hesab açılmayıb – 0:0.
UEFA Avropa Liqasında Liqa mərhələsinin daha 7 oyunu olacaq.












