Yisa Alao “Çelsi”də
“Çelsi” “Şeffild Uensdey”dən müdafiəçi Yisa Alaonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Zadəganlar” ingiltərəli futbolçu üçün onun klubuna 575 min avro təzminat ödəyib. 17 yaşlı sol cinah müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Yisa Alao “Şeffild Uensdey”ın yetirməsidir.












