Yıldız “Yuventus”da
Türkiyə yığmasının futbolçusu Kenan Yıldız İtaliyaya köçüb. Ötən mövsümü “Bavariya”da keçirən 17 yaşlı yarımmüdafiəçi “Yuventus”la müqavilə bağlayıb.
Almaniya çempionundan ayrıldıqdan sonra azad agent statusu alan gənc pleymeyker “Barselona”nın da maraq dairəsində idi. Lakin İspaniya klubunu qabaqlayan “qoca sinyora” türkiyəli futbolçunu heyətinə qatıb.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Kenan Yıldız bu klubun U-19 komandasına qədər yüksəlib.