Yıldız “Yuventus”da qalır
“Yuventus” hücumçusu Kenan Yıldızı satmaq fikrində deyil. Turin klubu müqavilə yeniləmək üçün 20 yaşlı futbolçu ilə danışıqlar aparır.
İnsayder Nikolo Şiranın sözlərinə görə, “qoca sinyora” oyunçunu 80-100 milyon avro dəyərində qiymətləndirir.
Yıldızla Londonun “Arsenal” və “Çelsi” klubları maraqlanır.
“Transfermarkt” Türkiyə millisinin üzvünü 45 milyon avro olaraq dəyərləndirir. Onun “Yuventus”la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.