Yığmanın qapıçısı zədələndi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Bunu AFFA-nın rəsmi saytı açıqlayıb.
“Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb.
Onun əvəzinə “Marcet”in (İspaniya) futbolçusu Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.












