Yığmanın oyun cədvəli bəlli oldu

Yığmanın oyun cədvəli bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının DÇ-2027-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

C Liqasının 3-cü qrupunda yer alan komandamız 2026-cı ilin martında mübarizəyə start verəcək.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

3 mart 2026-cı il
Azərbaycan – Şimali Makedoniya

7 mart
Macarıstan – Azərbaycan

14 aprel
Andorra – Azərbaycan

18 aprel
Azərbaycan – Andorra

5 iyun
Azərbaycan – Macarıstan

9 iyun
Şimalı Makedoniya – Azərbaycan

ETOPAZ

Əvvəlki yazı

Millimizdən inamlı qələbə

Növbəti yazı

“Mançester Siti”nin yeni transfer hədəfi