Yığmanın heyəti açıqlandı

Yığmanın heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.

U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.

Qeyd edək ki, 9-cu qrupda yer alan komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.

U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimi:

Nr.Adı / SoyadıKlub
1Rauf ƏyyubovSabah
2Nurəziz ƏzizovNeftçi
3Kamil HəsənovMarcet (İspaniya)
4Kəmaləddin CəfərliQarabağ
5Uğur QurbanlıQarabağ
6Toğrul MehdizadəSabah
7Səttar TahirzadəMarcet (İspaniya)
8Əli KiçibəyovMarcet (İspaniya)
9İsmayıl RzayevŞəfa
10Amin RzayevQarabağ
11Rəşad GülüşovSabah
12Nihad HüseynzadəSabah
13Nihad CəfərzadəSabah
14Abbas ZeynalovMarcet (İspaniya)
15Onur ƏliyevQarabağ
16Adnan BunyatovMarcet (İspaniya)
17Əli BəşirovQarabağ
18Samir ŞərifovSabah
19Pünhan KərimovMarcet (İspaniya)
20Nicat KərimovSabah

8 oktyabr
Fransa (U-17) – Azərbaycan (U-17)

“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)

11 oktyabr
İsrail (U-17) – Azərbaycan (U-17)

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

14 oktyabr
Azərbaycan (U-17) – Rumıniya (U-17)

“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

ETOPAZ

Əvvəlki yazı

U-19 üçün 23 futbolçu

Növbəti yazı

“Sabah”dan səfər qələbəsi