Yığmamızın oyunlarının hakimləri bəlli oldu

Yığmamızın oyunlarının hakimləri bəlli oldu

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən olan baş hakim idarə edəcək.

“Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmada isə ədaləti gürüstandanlı referilər qoruyacaqlar.

22 mart
21:45
Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

25 mart
21:45
Azərbaycan – Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
“Bank Respublika Arena”

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”ın iki futbolçusu millidə

Növbəti yazı

Luiş Nani Bakıda