Yığmamızın matçına irlandiyalı hakimlər

Yığmamızın matçına irlandiyalı hakimlər

Millətlər Liqasının III turunun Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb. Oktyabrın 11-dəki görüşü İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Robert Harvey matçın baş hakimi olacaq. Ona Robert Klark və Ueyn Makdonnell kömək edəcəklər. Dördüncü hakim funksiyasını Robert Hennessi yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Tallindəki “Le Koq Arena”da baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Babək Quliyevə növbəti təyinat

Növbəti yazı

Murad Musayev yenidən “Qəbələ”də