Yığmamızdan qolsuz heç-heçə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama görüşü keçirib. Yığmamız Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında ikinci matçına çıxıb.
Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə başa çatıb.
Qeyd edək ki, millimiz üç gün əvvəl Moldovaya 2:0 hesabı ilə qalib gəlib.