Yığmamızdan minimalhesablı qələbə

Yığmamızdan minimalhesablı qələbə

Azərbaycanın qadınlardan ibarət futbol millisi Qazaxıstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv yenidən ev sahibi komanda ilə qarşılaşıb.

Oyun Şımkentdə baş tutub. Millimiz rəqibinə 1:0 qalib gəlib. Yeganə qolu isə Nigar Mirzəliyeva vurub.

Bu komandalar arasında ilk oyun Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”da ayrılıq

Növbəti yazı

“Sumqayıt”dan yeni transfer