Yığmamızdan böyükhesablı qələbə
Millətlər Liqasında 6-cı tura start verilib. Millimiz Qazaxıstanı qəbul edib.
Görüş “Dalğa Arena”da baş tutub. Qolsuz keçən ilk hissədə rəqib azlıqda qalıb.
Futbolçularımız bundan ikinci yarıda istifadə etməyi bacarıb. Aleksandr Maroçkin avtoqola imza atıb – 1:0. Ardından Filip Ozobiç və Anatoli Nuriyev hərəyə bir dəfə fərqlənərək fərqi 3 topa çatdırıb – 3:0.
Yığmamız bu qələbə ilə C Liqasının 3-cü qrupunda ikinci yerin sahibi olub.
Bu, millimizin ardıcıl üçüncü qələbəsi olub. Qazaxıstandan öncə Belarusu 2:0, Slovakiyanı 2:1 hesabı ilə yenən yığmamız tarixində ilk dəfə üç rəsmi turnirin görüşündə qalib gəlib.
1 | Qazaxıstan | 6 | 4 | 1 | 1 | 8-6 | 13 |
2 | Azərbaycan | 6 | 3 | 1 | 2 | 7-4 | 10 |
3 | Slovakiya | 6 | 2 | 1 | 3 | 5-6 | 7 |
4 | Belarus | 6 | 0 | 3 | 3 | 3-7 | 3 |