Yığmamız final mərhələsində
Basketbolun 3×3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda çıxış edəcək. Yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində uğur qazanıb.
Yarımfinalında İrlandiyanı 21:12 hesabı ilə məğlub edən milli finalda Kiprlə qarşılaşıb. Komandamız həlledici görüşü də yüksək səviyyədə keçirərək, qələbəni bayram edib – 20:18.