Yığmamız Çexiya ilə bacarmadı

Yığmamız Çexiya ilə bacarmadı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib. 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gəlib.

Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda keçirilən matç rəqibin 6:1 hesablı qələbəsi ilə bitib.

Yığmanın yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Arnar Haraldsson: “Yaxşı nəticə qazanmalıyıq”

Növbəti yazı

Ayxan Abbasov: “Bu, onlar üçün şansdır”