Yığmada ayrılıq
Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Əsədov Fernandu Santuşun baş məşqçi postuna təyinatına qədər yığmaya rəhbərlik edib. O, komandanı martda və iyunda keçirilən dörd matça çıxarıb.