Yenidən Premyer Liqada
“Bernli” Premyer Liqaya qayıdıb. Vensan Kompaninin yetirmələri yüksək dəstəyə vəsiqəni mövsüm bitməmiş təmin edib.
Komanda Çempionşipə yuvarlandıqdan bir il sonra geri qayıtmağı bacarıb. Bu, 40-cı turda rəsmiləşib.
“Midlsbro” üzərindəki 2:1 hesablı qələbə “Bernli”ni Premyer Liqaya daşıyıb. 87 xal toplayan komanda Çempionşipin lideridir. İkinci pillə ilə lider arasında xal fərqi 11-ə bərabərdir.