Yekun turnirinin mükafat fondu dəqiqləşdi
ATP-nin yekun turnirinin mükafat fondu bəlli olub. Turində təşkil olunacaq yarışın iştirakçıları ümumilikdə 7,25 milyon dollar qazanacaq. Bu, sonuncu dəfə 2019-cu ildə təşkil olunan yarışla müqayisədə 1,75 milyon çoxdur.
Turnirin qalibi qrupdakı bütün oyunlarda qalib gəlsə, ümumilikdə 2 milyon 316 min dollar qazanmış olacaq. Finalçı üçün bu rəqəm 1 milyon 222 minə bərabərdir. Yarımfinalçıların qazancı 692 min təşkil edə bilər.
Qrup mərhələsindəki hər qələbə tennisçilərə 173 min gətirəcək. Lakin hər üç matçda uduzan iştirakçıya da bu qədər vəsait veriləcək.
Xatırladaq ki, İtaliyadakı turnir noyabrın 14-də başlayacaq.