Yekun turnirinin yeri dəqiqləşdi
ATP-nin gənclər arasında yekun turnirinin yeri dəqiqləşib. 2023-cü ilin finalı Səudiyyə Ərəbistanında keçiriləcək.
ATP 2023-27-ci illər üçün yarışa ev sahibi axtarırdı. Bunadək turnir Milanda təşkil olunurdu. İtaliya şəhəri 2017-22-ci illərdə finalı qəbul edib.
Qeyd edək ki, turnirdə 21 yaşadək ən yaxşı tennisçilər mübarizə aparır.