Yassin Benzia: “İnanıram ki, yaxşı nəticə qazanacağıq”
Avropa Liqasının Liqa mərhələsinin I turuna start verilib. “Qarabağ” sabah “Tottenhem”lə qarşılaşacaq.
Matçdan öncə ağdamlıların futbolçusu Yassin Benzia mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Burada olduğumuz üçün şadıq. Biz bura öz oyunumuzu göstərməyə, Azərbaycanı təmsil etməyə gəlmişik. Sabah böyük oyun olacaq. Bu səviyyədə oynamağa hazırıq. Sabah yaxşı oyun olacaq. İnanıram ki, sabah yaxşı nəticə qazanacağıq”.