Yarımfinalın cütləri bəlli oldu

Yarımfinalın cütləri bəlli oldu

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Finala vəsiqələr uğrunda mübarizə aparacaq cütləri müəyyənləşib.

Yarımfinalda “Barselona” “Atletiko” ilə qarşılaşacaq. Digər dueldə “Real Sosyedad”la “Real” üz-üzə gələcək. Görüşlərin vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, 1/4 finalda “Atletiko” “Xetafe”ni 5:0, “Real” “Leqanes”i 3:2, “Barselona” “Valensiya”nı 5:0, “Real Sosyedad” “Osasuna”nı 2:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

AFFA klubları cəzalandırdı

Növbəti yazı

Çempionlar Liqası finalı ABŞ-da keçirilə bilər