Yarımfinalın ən yaxşısı
Millətlər Liqasının yarımfinal mərhələsinin ilk gününün ən yaxşı oyunçusu bəlli olub. Xorvatiya millisinin kapitanı Luka Modriç Niderlandla oyunun ən yaxşısı seçilib.
38 yaşlı yarımmüdafiəçi komandasının 4:2 hesablı qələbəsində qol və assistlə yadda qalıb. Bununla da Lukanın komandası ilk dəfə Millətlər Liqasının finalına yüksəlib.
Qeyd edək ki, Xorvatiyanın rəqibi İtaliya – İspaniya matçına bəlli olacaq.