Yarımfinalçılar bəlli oldu
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib. Seneqal millisi Mali yığması ilə üz-üzə gəlib.
Gərgin keçən oyunun taleyini 1 qol həll edib. İliman Ndiayenin vurduğu qolla Seneqal adını yarımfinala yazdırıb – 1:0.
Mərakeş yığması isə Kamerunu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.










