Yarımfinal cütləri müəyyənləşdi
İngiltərə kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Bu mərhələdə “Mançester Siti” “Liverpul”la qarşılaşacaq. Digər cütdə “Çelsi” və “Kristal Pelas” üz-üzə gələcək.
1/4 finalda “Liverpul” “Nottinhem Forest”ə 1:0, mançesterlilər “Sauthempton”a 4:1 hesabı ilə qalib gəlib. “Çelsi” səfərdə “Midlsbro”nu iki, “Kristal Pelas” isə “Everton”u dörd cavabsız qolla üstələyib.