Yarım əsr gözlənilən çempionluq

Yarım əsr gözlənilən çempionluq

Braziliya çempionatında sona 2 tur qalmış qızıl medalların taleyinə aydınlıq gəlib. “Atletiko Mineyro” çempion adını təmin edib. Bu, XXXII turda rəsmiləşib.

“Bahia” üzərində 3:2 hesablı səfər qələbəsi qazanan “Atletiko Mineyro” sona 2 tur qalmış ən yaxın izləyicisi “Flamenqo” ilə aradakı xal fərqini 9-a yüksəldib. Bununla komanda tarixində ikinci dəfə ölkə çempionu olub. Belu-Orizonti təmsilçisi ilk çempionluğunu 50 il əvvəl – 1971-ci ildə əldə edib. Növbəti zəfər yarım əsrdən sonra gerçəkləşib.

Qeyd edək ki, “Atletiko Mineyro” 2013-cü ildə Libertadores Kubokunun, 2014-cü ildə isə Braziliya Kubokunun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Karri və Dyurant ən yaxşı seçildi

Növbəti yazı

Ronaldodan 800-cü qol